Ukraynada döyüşən italiyalı futbolçu yaralanaraq vətəninə qayıdıb

3-05-2022, 09:27           
Ukraynada döyüşən italiyalı futbolçu yaralanaraq vətəninə qayıdıb
İtaliyanın bir neçə futbol klubunda qapıçı kimi çıxış etmiş İvan Luka Vavassori əcnəbilərdən ibarət könüllü legionun tərkibində Ukraynada döyüşərək yaralanıb.

Bu barədə “Report” Ukrayna mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, İvan Luka Rusiya hərbçilərinin hücumunun qarşısını almağa kömək edib.

O, bu yaxınlarda Mariupoldan insanların təxliyəsi ilə məşğul olub və Rusiya hərbçilərinin atəşinə məruz qalıb. Futbolçu ilə əlaqə uzun müddət mümkün olmayıb, sonra isə onun yaralı olduğu üzə çıxıb. Vavassori sağ qalıb və İtaliyaya qayıtmağa qərar verib.

"Mənim üçün kifayət edir. Geri qayıtmaq vaxtıdır, daha irəli getməyə hazır deyiləm. Düşünürəm ki, kömək etmək üçün əlimdən gələni etdim, Ukrayna xalqına vaxtımdan və həyatımdan bir pay verdim. Amma indi xoşbəxt olduğum yerə qayıdıram.

Getdiyim vaxtdan çox şey dəyişdi. Ancaq əminəm ki, Allahın köməyi ilə məqsədlərimə çatacam”, - İvan instaqram hesabında yazıb.

Vavassori İtaliyanın “Alçone”, “Lenyano”, “Pro Patriya” klublarında çıxış edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru