Rusiyada 3 yaşlı azərbaycanlı uşaq tapançadan özünə atəş açıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bədbəxt hadisə ötən gün Vesevolojsk rayonunun Zanevka kəndində baş verib.
O, atasının “Lexsus” markalı maşınının “bardaçok”unda tapdığı travmatik tapançadan təsadüfən özünə atəş açıb. Boynundan ağır xəsarət alan körpə Sankt-Peterburq xəstəxanalarından birinə yerləşdirilib.
Uşağın Səxavət adlı azərbaycanlı atası isə 20 ildən çoxdur ki, Rusiyada yaşadığını və 4 uşaq atası olduğunu deyib. O, travmatik tapançanın ona məxsus olduğunu etiraf edib.
Rusiya polisi diqqətsiz ataya qarşı “silah gəzdirilmə və saxlama qaydalarını pozma” maddəsi ilə inzibati cərimə tətbiq edib.