Bakıda övladı təhqir olunan ananın fəryadı – FOTOLAR

21-04-2016, 20:09           
Bakıda övladı təhqir olunan ananın fəryadı – FOTOLAR
Oğlum sidiyin içində idi, ağzından köpük gəlirdi”.

Mart ayında Bayıl qəsəbəsində yaşayan 16 yaşlı oğlan Mikayıl Useynov küçəsində bir neçə yeniyetməyə qarşı təhqiramiz hərəkətlər edib və həmin uşaqların üstündəki pulu götürdükdən sonra onların üzərinə təbii ehtiyacını yerinə yetirib.

16 yaşlı Orxanın (yazıdakı bütün şəxs adları şərtidir) əməllərindən əziyyət çəkən şəxslərdən biri, Bakı şəhər, Səbail rayonu, Bayıl qəsəbəsi Buxta küçəsində kirayə yaşayan 35 yaşlı Əsmayə İmranova başlarına gələn hadisə ilə bağlı saytımıza müraciət edib və olanları geniş anladıb:

“Oğlumun xəstəliyinin müalicəsi ilə əlaqədar bir nəfərə pul vermişdim və o, məni aldatmışdı. Fevralın 24-də həmin məsələ ilə bağlı polisə müraciət etmişdim və Səbail rayon Polis İdarəsinə getmişdim.

Axşam saat 6 olardı, mənimlə birgə yaşayan kiçik bacım zəng etdi ki, Asiman yoxdur. Tez evə gəldim, gecə saat 12-yə kimi uşağı axtardıq. Oğlum həmin vaxt müəllimin ona verdiyi 8 mart bayramı ilə bağlı dərs tapşırığını internetdən çıxarmaq üçün internet kluba gedibmiş. Orxanın Əliş adlı dostlu var, onlar oğlumu “Akapen” deyilən yerdə çənlərin yanına aparıbmış.

Orda uşağa qarşı seksual xarakterli hərəkətlər ediblər, paltarlarını çıxarıblar. Bu zaman Asimanın ürəyi gedib, atıb palçığın içinə qaçıblar. Uşağı pis vəziyyətdə tapdıq, bədənində göyərtilər vardı. Amma polislər bu məsələyə biganə yanaşdılar. ”.

Əsmayə İmranova oğluna qarşı edilmiş təhqiramiz hərəkətlərin daha sonra da davam etdiyini bildirdi və 16 yaşlı Orxanın, eləcə də məhəllənin digər uşaqlarının onun övladını hədələdiyini bildirdi:

“Martın 23-də növbəti hadisə baş verdi. Həmin Orxan adlı uşaq tez-tez yaşadığım evə gəlirdi ki, Əliş deyir ki, pul verməsə onun uşağını oğurlayacam. Orxan yaxınlaşıb və pulqabını Asimanın cibindən götürüb, deyib ki, vermirəm. “Zarafat edirəm” deyərək pulqabından 80 manatı götürüb, qaytarmayıb. Daha sonra uşağı doqquzmərtəbənin yanında çuxur deyilən yerə apararaq ona qarşı iyrənc əməli törədib. Asimanı qorxudub ki, kiməsə desə, anasının, yəni mənim adımı pis çıxaracaq”.

Şikayətçinin sözlərinə görə, həmin gün 11 yaşlı Asiman evə gələrkən bütünlüklə sidiyin içində olub:

“Asiman evə gələndə başdan-ayağa kimi suyun içində idi. Gördüm ki, əsir, sudoroqası da tutub, ağzından köpük gəlib. Hadisəni mənə danışandan sonra 102-yə zəng etdim. Hələ mənim oğlumu az döymüşdü, qonşunun oğlunu lap pis vəziyyətə salmışdılar. Təsəvvür edin, axırıncı çərşənbə axşamı həmin o qonşunun uşağını kanalizasiya quyusuna atmışdılar.

Onun da anası tək qadındı, qorxur, deyir, sabah mənim uşağımın başına daha pis oyun açarlar. Həm də qızı var, ona görə çəkinir. Bütün bunları eləyən Orxana gəlincə, əlində təsbeh gəzir, mənim oğluma deyib ki, 20 manat gətir, sənin adını Bayılda təmizə çıxaracam, yoxsa sənin adını batıracam”.

Bir neçə il əvvəl həyat yoldaşından ayrılan, 11 yaşlı oğlu və kiçik bacısı ilə Bayılda kirayə yaşayan qadının sözlərinə görə, martın 23-dəki hadisədən sonra onu bir neçə dəfə hədələyib, təhqir ediblər.

11 yaşlı Asiman məlum olaylardan sonra hələ də məktəbə getmir. Anası deyir ki, uşağın müalicəsi hələ də davam edir:

“Hər həftə psixoloqun yanına aparıram. Amma çox çətindir, neçə dəfə evdən qaçıb, neçə dəfə ülgücü əlindən almışam. Amma hələ də məktəbə gedə, uyğunlaşa bilmir. Mən də hər bir valideyn kimi istəmişəm uşağımı yaxşı böyüdüm.

Elə olub ki, evin pulunu verə bilməmişəm oğlumla gecəni parklarda keçirmişəm. “Nizami” metrosundan Bayıla piyada getdiyim günlər olub. 40 qəpik pula görə ki, istəmişəm uşağım yaxşı təhsil alsın, oxusun. Tək qadınam, uşağımı rus bölməsində oxutdururam. Niyə görə mənim əziyyət çəkib böyütdüyüm oğluma qıraqdan kimsə gəlib belə bir zərbə vursun”.


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.