Mübahisə etdiyi anası ilə qonşusunu güllələyib qaçdı

12-05-2022, 15:30           
Mübahisə etdiyi anası ilə qonşusunu güllələyib qaçdı
Oğul anasını və qonşusunu güllələyib hadisə yerindən qaçdı.

"Ölkə.Az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kayseridə baş verib.

Halil Emir K. hələlik məlum olmayan səbəbdən anası Güzide Barlasla mübahisə edib. Ana və oğul arasında mübahisə davaya çevril zaman Kalkan belindən çıxardığı tapança ilə anasını ayağından vuraraq xəsarət yetirib.

Daha sonra evinin qarşısındakı maşınına minərək havaya atəş açmağa başlayıb.

Bu zaman açılan güllələrdən biri qonşuluqda yaşayan Şanziment Yalman adlı qadına dəyib.

Silah səslərini eşidən qonşular təcili yardıma və polisə xəbər veriblər.

Hər iki yaralı qadın xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları cinayəti törədib hadisə yerindən qaçan şübhəlinin tutulması istiqamətində əməliyyat tədbirlərini davam etdiririlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru