İbrahim Tatlısesin qızı DİLAN SAXLANILDI VİDEO

Bu gün, 00:10           
İbrahim Tatlısesin qızı DİLAN SAXLANILDI  VİDEO
Məşhur türkiyəli müğənni, İbrahim Tatlısəsin qızı, Dilan Çıtak Muğlanın Bodrum rayonunda saxlanılıb.
Türkiyə mediası xəbər verir ki, məşhur müğənninin qızı həbs edilib.

Məlumata görə, müğənni polis əməkdaşının "dayan" xəbərdarlığına məhəl qoymayıb və avtomobilini onun üzərinə sürüb.

Bu zaman polis havaya xəbərdarlıq atəşi açılıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, sənətçi əvvəlcə maşından düşməkdən imtina edib.

Dilan Çıtak Tatlıses barəsində “yol hərəkətini təhlükəyə atmaq”, “dayan xəbərdarlığına tabe olmamaq” və “dövlət qulluqçusuna müqavimət göstərmək” maddələri ilə cinayət işi açılıb. Onun polis idarəsindəki istintaq prosesi davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru