Rusiyalı pensiyaçı fırıldaqçılara 20 qızıl külçə və 22 milyon rubl verib

Bu gün, 12:08           
Rusiyalı pensiyaçı fırıldaqçılara 20 qızıl külçə və 22 milyon rubl verib
Moskvadan olan pensiyaçı qadın telefon fırıldaqçıları ilə ünsiyyətdən sonra onlara 20 qızıl külçə və müxtəlif valyutalarda 22 milyon rubla yaxın pul verib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Moskva Şəhər Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb.

Qurumun məlumatına görə, təqaüdçüyə zəng edən naməlum şəxs özünü xidmət şöbəsinin əməkdaşı kimi təqdim edərək, yaşadığı evdə domofonun dəyişdiriləcəyini bildirib. Cinayətkar bu bəhanə ilə onu guya yeni açarların alınması üçün SMS-lə daxil olan kodu söyləməyə inandırıb.

Bir müddət sonra qadına Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidmətinin (Roskomnadzor) saxta əməkdaşı zəng vurub. O, şəxsi məlumatlarının oğurlandığını, guya ondan və ərindən etibarnamələrin rəsmiləşdiyini, pulları saxlamaq üçün göstərişlərə əməl etməli olduğunu bildirib.

5 gün ərzində telefon fırıldaqçıları ilə, o cümlədən videobağlantı vasitəsilə ünsiyyətdə olan qadın şifrəli sözü deyərək müxtəlif kuryerlərə pul və hər birinin çəkisi 250 qram olan 20 qızıl külçə verib.

Yaşlı qadın 5 kq qızıldan əlavə dələduzlara 200 min dollar, 20 min avro və 4 milyon rubl da verib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru