Rusiyanın iqtisadiyyatı ABŞın tək bir şirkətinin bazar dəyərindən 2 dəfə kiçikdir....
Bu gün, 00:01
ABŞ-la kəllə-kəlləyə gəldiyini düşündüyümüz Rusiyanın iqtisadiyyatı təkcə “Nvidia” şirkətinin bazar dəyərindən ikiqat kiçikdir. Hazırda dünyanın ən böyük şirkəti olan “Nvidia”-nın bazar dəyəri 4 trilyon dollardan çox, Rusiya iqtisadiyyatı isə təxminən 2 trilyon dollar səviyyəsindədir. ABŞ-ın 7 ən böyük texnologiya şirkətinin (“Magnificent 7”) ümumi bazar dəyəri isə 18.6 trilyon dollar olmaqla təxminən 9 Rusiya boydadır. Yəni ABŞ Rusiyanı ayaqqabıları ilə birlikdə uda bilər, amma görünür, çox “kökəlib” deyə yerindən tərpənə bilmir. Bu arada Azərbaycan iqtisadiyyatı təxminən 80 milyard dollara bərabərdir. Yəni “Magnificent 7”-in ən kiçik şirkətindən ("Tesla") təxminən 12 qat kiçik... Arifa Huseynli TEREF