Haniyənin qətli ilə bağlı yeni detallar – Tehran cavab hazırlayıb

Bu gün, 00:12           
Haniyənin qətli ilə bağlı yeni detallar –
HƏMAS lideri İsmayıl Həniyənin sui-qəsd nəticəsində öldürülməsi zamanı İran rəhbərliyi qisas zərbəsinin vacibliyi ilə bağlı yekdil razılığa gəlib.

Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı deyib. Nazirin sözlərinə görə, hadisə baş verən gün axşam saatlarında Ali lider Ayətullah Əli Xameneinin rəhbərliyi ilə fövqəladə iclas keçirilib.

Toplantıda yeni seçilmiş prezident Məsud Pezeşkian, Ali Milli Təhlükəsizlik Şurasının üzvləri və yüksək rütbəli hərbi komandirlər iştirak ediblər.

“Siyasi və hərbi rəhbərlik cavabın verilməsinin zəruri olduğu fikrində həmrəy idi. Lakin zamanlama və əməliyyatın forması ilə bağlı müəyyən fikir ayrılığı yaşanırdı”. – deyə Əraqçı qeyd edib.

Nazir əlavə edib ki, hərbçilər ilk növbədə müdafiə sistemlərinin tam hazır vəziyyətə gətirilməsini, daha sonra isə hücum əməliyyatına keçilməsini təklif ediblər. Nəticədə, mərhələli şəkildə cavab planı qəbul edilib.

Xatırladaq ki, İsmayıl Haniyə 2024-cü ilin 31 iyulunda İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminə qatılmaq üçün paytaxt Tehran şəhərinə getmişdi. Həmin gecə saat 02:00 radələrində Həniyənin gecələdiyi villanın ballistik raketlə vurulması nəticəsində HƏMAS lideri öldürülüb. Bu sui-qəsdin İsrail xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyinə dair iddialar var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru