Makron və Ərdoğan arasında telefon danışığı:

Bu gün, 12:26           
Makron və Ərdoğan arasında telefon danışığı:
Fransa Prezidenti Emmanuel Makron və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon əlaqəsi baş tutub.

Musavat.com xəbər verir ki, bu barədə Makron sosial şəbəkə platforması “X” üzərindən paylaşım edib.

Fransa liderinin sözlərinə görə, söhbətin əsas mövzusu Yaxın Şərqdə, xüsusilə Qəzzada cərəyan edən gərgin vəziyyət olub. O, bildirib ki, tərəflər bölgədə sülhün bərpası və iki dövlətli həll prosesinin gələcək perspektivlərini ətraflı şəkildə müzakirə ediblər.

“Bir qədər əvvəl Türkiyə Prezidenti ilə Qəzzadakı durum və iki dövlətli həllə dair beynəlxalq konfransın imkanları barədə danışdıq. İndiki məqamda bütün səylər israillilərin və fələstinlilərin təhlükəsizliyi və sülhü naminə yönəlməlidir”, – deyə Makron qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru