Hərbi əlil prezidentə müraciət etdi: "Mənə kömək edin!"

22-04-2016, 11:34           
Hərbi əlil prezidentə müraciət etdi: "Mənə kömək edin!"
teref.aznun poçtuna gələn bu məktub Azərbaycan prezidentindən kömək uman hərbi əlildəndir.
Məktubu sizə təqdim edirik:
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
CƏNAB İLHAM ƏLİYEVƏ.
SÜRƏTİ :
AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRİ.
CƏNAB FİKRƏT MƏMMƏDOVA.

AZƏRBAYCAN RESPUBLİKASI ƏƏSM NAZİRİ.
CƏNAB SƏLİM MÜSLÜMOVA.

GƏNCƏ ŞƏHƏR APELYASİYYA MƏHKƏMƏSİNƏ.

Qazax rayon, Ağköynək kənd sakini, 2-ci qrup hərbi əlil, Prezident təqaüdçüsü Mürşüdov Tural Müştab oğlu tərəfindən

Ş i k a y ə t ə r i z ə s i
Hörmətli Prezident, cənab Ali Baş Komandan !
Bildirirəm ki, mənim müraciətimə heç bir dövlət orqanı baxmır, mən əlilə kömək edilmir, mənim hüquqi dövlət yardımına ehtiyyacım var, Ey mənim doğma, əziz Azərbaycan xalqım, dövlətim, canım, çiyəyim, məni eşidən yoxdur, sözüm sizlərədir, mən əlilə kömək edin, Məlumat üçün Sizə bildirmək istəyirəm ki, mən Silahlı Qüvvələrdə bir çox vəzifələrdə, gizir rütbəsində Azərbaycan Resbublikasının ərazi bütövlüyü uğrunda ön xətt bölmələrində xidmət etmişəm. Xəstəliklə əlaqədar təxris olmuşam, 10.08.2013-cü il tarixdən etibarən min dəfələrlə, bir çox dövlət orqanlarına müraciət etmişəm, lakin bu günədək müraciətim baxılmayaraq qalmaqdadır, xəstə əlil olduqdan sonra bəzi orqanlar və şəxslər mən əlili məcbur edirlər ki, mən digər rayonlarda əlilə edilən haqsızlıq nəticəsində özünə qəsd edən, yandıran, körpüdən atan əlillərdən biridə mən olam, sonra mənim sözümü bəzi məmurlar eşidə və Ali Baş Komandanımız bu işlə bağlı məni qəbul edə, mən bilmirəm bu vəzifəli şəxslər Ağstafa sakini ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏ FONDUNDA ÇALIŞAN MƏMUR Mahmuddan nə üçün qorxurlar, belə başa düşürəm ki, onların arasında hər hansı bir şübhə doğuran məsələlər var ki, onlar mən əlilə qiqqət yetirmirlər, belə olmasa onlar bir vəzifəli şəxs kimi mənim məsələmi həll edərlər, demək olar ki, bir ilə yaxındır aldada aldada gözlədirlər, deyirlər get səhər gəl, səhərdə heç bir nəticəsi olmur, bu səhərlərdə davam edərək getməkdədir, nə vaxta kimi bu davam edəcək, mən əlil yolarda qalascam, bunun bir sonu olmayacaqmı, yalan vədlərdən mən bezmişəm, mənə dayaq olun, hal hazırda 2-ci qrup hərbi əliləm təxris olunduqdan sonra Ağköynək bələdiyyəsinə qanuna müvafiq olaraq yaşayış yerim olmadığı üçün müracirət edib, torpaq sahəsi ilə təmin olundum. Eyni zamanda bələdiyyə tərəfindən və digər dövlət orqanları tərəfindən müvafiq sənətlərlə təmin olunmuşam, mənə ev tikmək üçün ayrılan torpaq sahəsinin hər bir dövlət və hüquqi sənətləri var. Lakin bir müddət bundan öncə mən öz torpaq sahəmdə tikinti işləri aparmaq üçün getdikdə Ağstafa sakini Mahmud adlı şəxs mənim torpağımı qanunsuz mənimsəyərək, mənim bütün sənətlərim olamasına baxmayaraq, bu torpaq sahəsi mənimdir deyir və həmin ərazini mənə hədə qorxu gələrək mənisəyib, məni öz torpağıma buraxmır. Əlavə qeyd etmək istəyirəm ki, Nazirlər Kabinetinin qərarı ilə həmin torpaq Qazax rayonuna məxsusdur neçə ola bilər ki, Aqstafa sakini həmin yerə qaninsuz hökmranlıq edir. Heç bir dövlətin qanunlarına riayət etmir. Dəfələrlə də bu barədə Ağstafa polis şöbəsinə müraciət etsəm də, mən əllilə baxmırlar, mən hər dəfə icra məmurları ilə görüşəndə Mahmud bizi kobudcasına təhqir edir, Ağstafa rayon polis bölməsinin və digər orqanların vəzifəli şəxslərinin qəbulunda olmuşam, heç bir tədbir bu günə qədər görülməyib, mənim yerin zəpt olunaraq qalmaqdadır, Ağstafa rayon vəzifəli şəxləri Mahmud adlı şəxsdən çəkinərək heç bir qanuna uyğun tələb edə bilmirlər, mən əlil başa düşə bilmirəm ki, bu Mahmud adlı şəxs ölkəmizin qanunlarını saymırmı, onu qəbul etmirmi, bu barədə nə üçün ciddi tədbir görülmür, eyni zamanda Ağstafa rayon torpaq komitəsinin rəisi hər dəfə yoxlama gəldikdə müəyən bəhanələrlə aradan çıxır, belə rəhbər nəyə lazımdır, Ələkbər müəllim torpağı zəpt edən Mahmud adlı şəxsi daima nə səbəbdənsə müdafiə edir, hətda Qazax məhkəməsinin hökmü ilə həmin torpaq mənə məxsus olması bildirilib, buna baxmayaraq Mahmudun qohumu məni yenə öz torpağıma buraxmır, özü istədiyi kimi əkib becərir, mən əlilə belə haqsız münasibətə görə sonda məcbur qalıb Hörmətli Cənab Prezident Sizə müraciət edtmək qərarına gəldim. cənab Prezident Sizin nəzarətinizlə bir çox rayonlarda o cümlədən Qazax rayonunda bir çox məmurlar Sizin göstərişinizi yerinə yetirmirlər, Sizin hər bir dövlət məmuru xalqa xidmət etməlidir sözlər icra edilməyərək qalmaqdadır. Siz biz sadə vətəndaşlara dayaq olub, kömək etməyinizə baxmayaraq yerli bəzi orqanlar Sizin tələblərə riayət etmirlər.
16 fevral 2016-cı ildə Gəncə şəhər Apelyasiyya məhkəməsinin hakimi cənab Azər Bayramov bu torpaqla bağlı Ədliyyə Nazirliyinin torpaq ekspertizası keçrilməsinə qərar qəbul etdi, bu günə qədər Ədliyyə Nazirliyindən cavab verilməyib və məhkəmənin vaxtı hələdə təyin edilməmişdir.
Hörmətli Prezident, cənab Ali Baş Komandan !
Sizdən xahiş edirəm ki, Yuxarda yazılanları tam şəkildə nəzərə alaraq Qazax rayon Qarapapaq bələdiyəsindən mənə verilən torpaq sahəsinin zəpdən azad edilməsinə Mahmud adlı şəxsin həmin əraziyə buraxılmamasına, Ədliyyə Nazirliyindən ekspertizanın cavabını məhkəməyə təqdim edilməsinə və mənim torpağımın qaytarılıb özümə verilməsinə köməkdarlıq edilsin.
Adları çəkilən hər şəxsin fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.