Braziliyada təbii fəlakət 30 nəfərin həyatına son qoyub

29-05-2022, 09:41           
Braziliyada təbii fəlakət 30 nəfərin həyatına son qoyub
Torpaq sürüşməsi nəticəsində 10 nəfərin öldüyü təsbit edilib

Son sutka ərzində leysan və torpaq sürüşməsi 30-dək insanın həyatına son qoyub. AYNA-nın xəbərinə görə, bunu Braziliyanın Pernambuk regionunun Mülki müdafiə xidməti açıqlayıb.

Səhər saatlarında torpaq sürüşməsi nəticəsində 10 nəfərin öldüyü təsbit edilib. Gün ərzində təbii fəlakət qurbanlarının sayı 30-a çatıb.

Yerli medianın xəbərinə görə, aramsız yağışlar minədək insanın təxliyə olunması ilə nəticələnib. Regiona sutka ərzində 246 mm yağıntı düşüb ki, bu da aylıq normanın 70%-nə bərabərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru