Komatsu Ukraynaya avadanlıq tədarükünü bərpa edib

30-05-2022, 10:05           
Komatsu Ukraynaya avadanlıq tədarükünü bərpa edib
Yaponiyanın ən böyük və dünyada ikinci ən böyük tikinti maşın və avadanlıqları istehsalçısı olan Komatsu Rusiyanın hücumu nəticəsində dayandırılmış avadanlıqların Ukraynaya tədarükünü bərpa edib.

Marja.az xəbər verir ki, bu barədə bazar günü biznes qəzeti Nikkei məlumat yayıb.

Bildirilir ki, şirkət rəhbərliyinin təhlükəsiz hesab etdiyi Ukrayna regionlarına, xüsusən də paytaxt ərazisinə və ölkənin qərbinə çatdırılma bərpa edilib. Vurğulanır ki, Ukraynanın şərq hissəsinə, eləcə də Rusiya Federasiyası ərazisinə məhsulların tədarükü bərpa olunmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru