Bərdədə oğul atasını güllələyərək qətlə yetirdi - TƏFƏRRÜAT

30-05-2022, 12:17           
 Bərdədə oğul atasını güllələyərək qətlə yetirdi - TƏFƏRRÜAT
Bərdə rayonunda oğul atasını güllələyərək qətlə yetirib.

Daxili İşlər Nazirliyindən DİA.AZ-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinə mayın 29-da saat 23 radələrində Mirzəcəfərli kəndində Bulud Fərzəliyevin öldürülməsi barədə məlumat daxil olub.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla B.Fərzəliyevi oğlu, əvvəllər məhkum olunmuş Kənan Fərzəliyevin sərxoş vəziyyətdə münaqişə zəminində yaşadığı evin həyətində tüfəngdən açdığı atəşlə öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində K.Fərzəliyev tutularaq istintaqa təhvil verilmişdir. Ondan cinayəti törədərkən istifadə etdiyi “İJ-16” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru