Rusiyada hərbi komissarlığı yandıran şəxs saxlanılıb - VİDEO

30-05-2022, 16:03           
Rusiyada hərbi komissarlığı yandıran şəxs saxlanılıb - VİDEO
РесурсFacebookTwitterOdnoklassnikiEmailVKWhatsAppTelegram
Rusiyanın Udmurtiya Respublikasında hərbi komissarlığı və çağırış məntəqəsini yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

İstintaq orqanlarının suallarını cavablandıran İlya Farber adlı kişi hərəkətlərini sadəcə olaraq nəyə qadir olduğunu yoxlamaq məqsədilə atdığını bildirib.

Qeyd edək ki, İlya Farber rəssamdır və Tver vilayətində kənd məktəbinin müəllimi, mədəniyyət evinin direktoru kimi fəaliyyət göstərib. Onun haqqında başlanılan səlahiyyətlərindən sui-istifadə və rüşvət almaqla bağlı cinayət işi böyük əks-səda yaratmışdı. Belə ki, Tver vilayət məhkəməsinin İ.Farberə səkkiz illik həbs cəzası ictimaiyyətin narazılığından sonra Ali Məhkəmə tərəfindən ləğv olunmuşdu.

Xatırladaq ki, Rusiyada Ukraynaya qarşı müharibə başlayandan bəri bu ölkədə 12 hərbi çağırış məntəqəsi yandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru