UKRAYNA SƏMASINDA RUS HELİKOPTERİ VURULDU - Yüksək rütbəli hərbçiləri daşıyırdı + FOTO
30-05-2022, 20:36
Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna məxsus “Mi-35MS” helikopterini məhv edib. Qeyd olunur ki, Rusiya ordusunun arsenalında olan “Mi-35MS” helikopteri yüksək rütbəli hərbi komandanlığın daşınması üçün nəzərdə tutulub.
Hələlik helikopterin hansı istiqamətdə vurulması və hadisə nəticəsində neçə nəfərin öldüyü barədə məlumat verilmir.