Slovakiya səkkiz artilleriya qurğusunu Ukraynaya təhvil verib

31-05-2022, 09:33           
Slovakiya səkkiz artilleriya qurğusunu Ukraynaya təhvil verib
Ukraynaya 155 millimetr kalibrli səkkiz özüyeriyən artilleriya qurğusu (AKS) “Zuzana-2” təhvil verilib.

Bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirib.

Belə bir haubitsanın atış məsafəsi 40 kilometrə çatır.

Bundan əlavə, əvvəllər Nad etiraf etmişdi ki, respublika özünün “T-72” tanklarını və zirehli transportyorlarını Kiyevə təhvil verə bilər. Bununla belə o vurğulayıb ki, Slovakiya hərbi texnikanı yalnız onlar üçün “adekvat əvəz” aldıqda təhvil verəcək.

Nazirin sözlərinə görə, Ukrayna hərbçiləri onlardan necə istifadə etməyi artıq bilirlər, ona görə də müvafiq təlimlərə vaxt itirməyə ehtiyac qalmayacaq.

Mayın əvvəlində Slovakiya Ukrayna hərbi texnikasının təmiri ilə bağlı müqavilə imzalayıb. Kiyevin Bratislavaya göndərdiyi hərbi texnikanın ilk partiyası onlarla “BRDM-2” zirehli kəşfiyyat maşınından ibarət olub.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru