Tanınmış jurnalist yoxa çıxdı - İranda

31-05-2022, 11:44           
Tanınmış jurnalist yoxa çıxdı - İranda
İranın Abadan şəhərində çökən çoxqatlı “Metropol” binasından reportaj hazırlayan tanınmış fotojurnalist və ictimai fəal Yəlda Moiri yoxa çıxıb.
"Azad İran" xəbər verir ki, ailəsindən verilən məlumata görə, mayın 28-də son telefon danışıqlarından sonra jurnalistlə əlaqə saxlaya bilməyiblər.

Çökən binadan fotoreportaj hazırlamaq üçün Abadan şəhərinə gedən Yəlda Moirinin yoxa çıxması ilə bağlı aidiyyatı qurumlara edilən müraciətlərə hələlik cavab verilməyib.
Hadisə yerində olan şahidlərin sözlərinə görə, fotojurnalist mayın 28-də çökən bina yaxınlığında təhlükəsizlik qüvvələri tərəfindən tutularaq naməlum yerə aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru