Bakıda DƏHŞƏTLİ HADİSƏ: - Ana tualetdə uşaq doğub zibilliyə atdı

31-05-2022, 15:51           
Bakıda DƏHŞƏTLİ HADİSƏ: -
Bakıda ana yeni doğduğu körpəsini zibil qutusuna atıb. Teref.az xəbər verir ki, lent.az-ın məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Məlumata əsasən, 38 həftəlik hamilə olan Ş.H. binalardan birinin ayaqyolunda normal doğuşla qız övladı dünyaya gətirib. Lakin o, həmin uşağı ayaqyolunun zibil qutusuna atıb.

Hadisə ilə əlaqədar Ş.H. saxlanılıb. O, hazırda Bakı İstintaq Təcridxanasındadır.

Ş.H.-nin törətdiyi cinayət işi üzrə toplanan materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Hafiz Kamranovun icraatına verilib. Məhkəmənin hazırlıq prosesi iyunun 8-də baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru