"Azovstal" əməliyyatı - Ukrayna unikal görüntülər yaydı - VİDEO
31-05-2022, 16:19
Ukrayna mediası müharibəyə aid nadir görüntülər yayıb. AzVision.az xəbər verir ki, saytlar Mariupolun rusların blokadasında olan zaman Ukraynaya məxsus Mi-8 helikopterləri ilə xüsusi əməliyyat həyata keçirildiyini yazıblar. Qeyd edilir ki, helikopterin ekipajı mühasirədə olan "Azovstal" metallurgiya zavodunun müdafiəçilərinə ehtiyac duyulan əsas məhsullar çatdırı.
"Onlar bu unikal əməliyyatla döyüşçülərə ləvazimatlar, dərmanlar və yeni qüvvələri çatdırmaq üçün düşmənin hava hücumundan müdafiə sistemlərinin və təyyarələrinin sıx müdafiəsini dəf edirlər. Bu görüntülər ilk dəfə təqdim edilir", - məqalədə yazılıb.
Qeyd edilir ki, 16 helikopterin iştirak etdiyi və cəbhənin 100 kilometrdən çox dərinliklərinə girilməklə cəmi 7 belə missiya həyata keçirilib.