YPX maşını radara düşdü, cəriməsi vətəndaşa gəldi - RƏSMİ AÇIQLAMA

31-05-2022, 17:07           
YPX maşını radara düşdü, cəriməsi vətəndaşa gəldi - RƏSMİ AÇIQLAMA
Azərbaycanda Yol Patrul Xidməti avtomobilinin radar cəriməsi vətəndaşa gəlib.

Lent.az xəbər verir ki, bununla bağlı cərimə gələn şəxs özünü sosial şəbəkə hesabında məlumat paylaşıb. O bildirib ki, səhər tezdən telefonuna İmişli-Bəhramtəpə yolunda idarə etdiyi avtomobilin sürət həddini aşması ilə bağlı bildiriş gəlib. Vətəndaş həmçinin heç vaxt maşını olmadığını qeyd edib.

Məsələ ilə bağlı Dövlət Yol Polisi İdarəsinin ictiamiyyətlə əlaqələr şöbəsinin rəisi. Polis mayoru Rövşən Tağıyev Lent.az-a münasibət bildirib. O, hadisənin texniki səhv ucbatından baş verdiyini və problemin aradan qaldırıldığını dilə gətirib:
“Yollarda təhlükəsizlik qaydalarının xüsusən, sürət həddinin qeydə alınması texniki avadanlıqlarla həyata keçirildiyi üçün bəzi hallarda belə səhvlər olur. Bu səhvlər isə adətən bir hərf səhvi nəticəsində baş verir. Hazırda problem dərhal aradan qaldırılıb və vətəndaşa göndərilən cərimə ləğv edilib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru