Boru açıcı maddə bomba kimi partladı - VİDEO

1-06-2022, 10:54           
Boru açıcı maddə bomba kimi partladı - VİDEO
Türkiyədə, İstanbulun Bahçelievlər rayonunda yaşayan 61 yaşındakı Süha Ençin tıxanan borunu açmaq üçün tökdüyü kimyəvi maddə bomba kimi partlayıb. Ençin bədənində yanıqlar əmələ gəlib.

“Əlimi uzadıb tökməyə çalışdığım zaman partlayış oldu. Sağ əlimin üst tərəflərində yanğı hiss etdim. Sonra tozla mayeni qarışdırdıqda partlayış ola biləcəyini öyrəndim. İnsanlara tövsiyəm odur ki, məlumatları olmadan heç bir kimyəvi maddədən istifadə etməsinlər”, – deyə o bildirib.

Bədəninin müxtəlif yerlərindən yanıq xəsarətləri alan kişi xəstəxanaya müraciət edib. Xəstəxananın həkimi Mustafa Turan vətəndaşlara kimyəvi maddələrdən istifadə edərkən diqqətli olmalarını məsləhət görüb.


Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru