Kiyev öldürülən rus hərbçilərin görüntülərini yaydı - FOTOLAR
1-06-2022, 11:38
Ukrayna Silahlı Qüvvələrinin desant kəşfiyyatçıları Rusiya hərbçilərini tələyə salaraq öldürüb. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Ukrayna Müdafiə Nazirliyinə istinad edən saytlar yazır ki, öldürülən hərbçilər rusların mühəndis bölməsinin əsgərləri olublar.
"Tapşırıqların yerinə yetirildiyi ərazilərdən birində Ukrayna Silahlı Qüvvələrinin desant kəşfiyyatçı əsgərləri rus işğalçılarının mühəndis bölməsini uğurla məhv ediblər", - məlumatda deyilir.