Volodimir Zelenski daha bir azərbaycanlı hərbçini təltif edib - FOTO

1-06-2022, 10:46           
Volodimir Zelenski daha bir azərbaycanlı hərbçini təltif edib - FOTO
Ukrayna Prezidenti Volodimir Zelenski ölkə Silahlı Qüvvələrinin əslən azərbaycanlı olan daha bir hərbçisini təltif edib.

Teref.az “Report”a istinadla xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Ukrayna ordusunun hərbçisi Ruslan Xəlilov “Ukraynaya hərbi xidmətə görə” medalı ilə təltif edilib.

O, Zaporojye istiqamətində gedən döyüşlərdə yaralanmışdı.

Qeyd edək ki, əslən azərbaycanlı Ruslan Xəlilov Gürcüstanın Marneuli rayonunda doğulub. O, hələ 2015-ci ildə Donetsk və Luqansk istiqamətində separatçılara qarşı döyüşlərdə yaralanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru