Sankt-Peterburqda binanın girişini bağlayan BMW yandırıldı - VİDEO

2-06-2022, 10:24           
Sankt-Peterburqda binanın girişini bağlayan BMW yandırıldı - VİDEO
Sankt-Peterburqda evlərdən birinin yaxınlığında BMW markalı avtomobil tamamilə yanıb. Video “Piteraç” “Telegram” kanalında yayımlanıb.

Hadisə Fəhlə bulvarında baş verib. Kişi avtomobilini birbaşa binanın girişində saxlayıb və bununla da həyətə giriş-çıxışın qarşısını kəsib. Bu da yerli sakinlərdən birinin xoşuna gəlməyib və o, avtomobilə yaxınlaşaraq onun üzərinə yanar maye səpib, avtomobili yandırıb. Nəticədə avtomobil tamamilə yanıb. Bu anlar kameralara əks olunub.

BMW-dən başqa, yaxınlıqda dayanmış “Kia Rio” da zərər çəkib. Yanğının təsirindən avtomobilin qabaq bamperi və farası əriyib. Polis hadisəni törədən şəxsi axtarır.


Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru