Zukerberqin “sağ əli” istefa verdi

2-06-2022, 09:12           
Zukerberqin “sağ əli” istefa verdi
"Meta"nın əməliyyat direktoru, Mark Zukerberqin "sağ əli" adlandırılan Şeril Sandberq şirkətdəki vəzifəsindən istefa verdiyini açıqlayıb.

Teref.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, qərarını feysbuk səhifəsində elan edib.

Sandberq qeyd edib ki, o, vəzifəsini tərk edir, lakin "Meta"nın direktorlar şurasında qalacaq. Onun yerini uzun illər şirkətin inkişafına rəhbərlik etmiş Xavyer Olivan tutacaq. Rəsmi olaraq o, bu ilin payızında tutduğu vəzifədən istefa verəcək.

"Bloomberg"ə verdiyi müsahibədə Sandberq zarafatla qeyd edib ki, bu, heç də göründüyü kimi asan qərar olmadı:

"Bu qərar mənim üçün asan olmadı, amma artıq 14 il keçdi. Xeyriyyə fondum üzərində daha çox işləyə bilmək üçün daha çox zaman ayırmaq istəyirəm".

Qeyd edək ki, Sandberq feysbuka 2008-ci ildə gəlib. Onun şirkətin sosial şəbəkədən İT nəhənginə çevrilməsində əsas rol oynayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru