Koronavirus testinə görə milyonlar bu yolla mənimsənildi

2-06-2022, 11:18           
Koronavirus testinə görə milyonlar bu yolla mənimsənildi
Almaniyada pandemiya vaxtı koronavirus testinə sanballı məbləğ ödənilməsi bir nəfərin saxtakarlığa sövq edib.

Teref.Az lent.az-a istinadən xəbər verir ki, 17 yaşlı tələbə saxta koronavirus testi məntəqəsi açaraq pul qazanmaq xəyalına düşüb. Xəstələr birbaşa məntəqəyə gəlmədiyi üçün guya testlər evdə götürülüb və xəstələrin məlumatları tibbi sığorta qurumuna ötürülüb. Qurum da öz növbəsində pulu onun hesabına köçürüb.

Lakin bu günlərdə məsələnin üstü açılıb. Hesabları araşdıran bir bank işçisi 17 yaşlı tələbənin milyonlara sahib olmasından şübhələnərək polisi xəbərdar edib.

Dindirmə zamanı işin üstü açıldığı üçün iş məhkəməlik olub. Məhkəmənin hökmü ilə dondurulmuş 5,7 milyon dollar geri - sığorta bürosuna qaytarılıb. 17 yaşlı tələbə isə 1500 avro cərimələnib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru