Hindistanda zavodda partlayış - 10 nəfər öldü

5-06-2022, 00:13           
Hindistanda zavodda partlayış - 10 nəfər öldü
Hindistanın Hapur şəhərində elektronika zavodunda kimyəvi maddənin partlaması nəticəsində azı 10 nəfər ölüb, 22 nəfər yaralanıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, hadisə paytaxt Yeni Dehlidən təxminən 60 km uzaqlıqda yerləşən Dhaulana sənaye obyektində baş verib.

Qeyd olunub ki, şirkət elektronika avadanlıqlarının istehsalı zavodu olaraq qeydiyyatdan keçib və orada hansı kimyəvi maddələrdən istifadə olunduğu barədə araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru