Şəkidə dərəyə aşan avtobusun içində şagird, müəllim və valideynlər var imiş

5-06-2022, 20:17           
Şəkidə dərəyə aşan avtobusun içində şagird, müəllim və valideynlər var imiş
Şəkidə avtobusun aşmasının bəzi təfərrüatları məlum olub.
Teref.az APA-ya istinadən xəbər verir ki, avtobusu idarə edən şəxs Samux rayon sakini 1959-cu il təvəllüdlü Eyyar Kamil oğlu Əhmədov olub.

Eyyar Əhmədovun idarə etdiyi “İsuzu” markalı 20 AY 305 dövlət nömrə nişanlı avtobus idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı avtobusda sürücü ilə birlikdə 23 nəfər olub.
Avtobusdakılar Samux rayon sakinləridir. Onlardan 16 nəfəri şagird, 6 nəfərin isə müəllim və yaxud valideyn olduğu bildirilir.
Yarılıların hamısı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda yaralılar müayinə edilir, şəxsiyyətləri dəqiqləşdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru