Nigeriyanın cənub-qərbində yerləşən Ondo əyalətində silahlı şəxslər katoliklərə məxsus kilsəyə hücum ediblər. Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb. Agentlik hücum nəticəsində bir neçə nəfərin öldüyünü bildirib.
Yerli "Vanguard" qəzeti isə silahlı hücum zamanı ibadət edən 25 nəfərin öldüyünü açıqlayıb. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.