Tanınmış həkimin anası ÖLDÜRÜLÜB? - “Qətl olduğunu düşünürük”

6-06-2022, 16:12           
Tanınmış həkimin anası ÖLDÜRÜLÜB? - “Qətl olduğunu düşünürük”
Tanınmış həkim terapevt Aysel Əskərovanın anası vəfat edib.

Bu barədə paylaşım edən həkimin iddiasına görə, anası öz əcəli ilə ölməyib, qarət məqsədilə öldürülüb: “Anamın pilləkəndən yıxılaraq həyatını itirdiyini dedilər. Biz bunun qarət məqsədilə törədilmiş qətl olduğunu düşünürük”.

Teref.az-ın məlumatına görə, “Qafqazinfo” məsələ ilə bağlı həkimlə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bildirib ki, hadisə ötən gecə Lənkəranın Girdəni kəndində baş verib: “Anam 1965-ci il təvəllüdlüdür. Bacım qızı ilə yaşayırdı. Qız səhər oyanıb görüb ki, anamın üst-başı qan içindədir. İlkin məlumat olaraq onun pilləkəndən yıxılıb öldüyünü deyirlər. Amma biz buna inanmırıq, anamın üzərində xəsarət izləri var”.

Hüquq-mühafizə orqanlarından saytımıza hadisənin araşdırıldığını bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru