Prospektdə “oyun çıxardan” sürücü dəfələrlə qayda pozdu - VİDEO
8-06-2022, 08:13
Şəhərin küçə və prospektlərində qayda pozuntuları ilə görüntülənən sürücüləri maarifləndirməyə davam edirik. Həm öz, həm də digərlərinin təhlükəsizliyinin qeydinə qalan izləyicilərimizdən biri Avtosfer.az-ın redaksiyasına qayda pozan növbəti sürücünün videogörüntüsünü göndərib. “Opel Astra” markalı, 99-VM-892 dövlət nömrə nişanlı avtomobilin sürücüsü iyunun 6-da, Heydər Əliyev prospektində hərəkətin sıx olduğu səhər saatlarında ara işləyərək sürətlə irəliləyib. Manevr qaydalarını pozan sürücü, dönmə işıqlarından da istifadə etməyib. Ard-arda olunan qanunsuz hərəkətləriylə yanaşı, avtomobilinin arxa işıqlarına qara plyonka çəkən sürücü yəqin ki, qanun qarşısında etdiyi əmələ görə cavab verməli olacaq. Bəhs etdiyimiz görüntüləri təqdim edirik: