Erməni diasporunun Los-Anceles biabırçılığı - VİDEO

9-06-2022, 00:07           
Erməni diasporunun Los-Anceles biabırçılığı - VİDEO
Ermənistanın diasporla iş üzrə ali komissarı Zareh Sinanyanın Los-Ancelesdə erməni icması ilə görüşü alınmayıb.
Modern.az xəbər verir ki, Sinanyanı "vətən xaini" adlandıran erməni icması onu ABŞ-da etirazla qarşılayıb.
İnternetdə yayılan görüntülərdən məlum olur ki, Sinanyan iclasın keçiriləcəyi zala daxil olan zaman iştirakçılar onu fitə basaraq, “Zareh, satqın” və bu kimi şüarlarla qarşılayıblar.
Tədbirin təşkilatçısı erməniləri sakitləşdirməyə çalışsa da, xaotik durumun qarşısını almaq mümkün olmayıb. Biabırçı mənzərə ilə qarşılaşan Zareh Sinanyan dərhal zalı tərk edib. Daha sonra etirazçı ermənilərlə Sinanyanın bir qrup tərəfdarı arasında əlbəyaxa dava düşüb.
Qeyd edək ki, Ermənistanın diasporla iş üzrə ali komissarı Zareh Sinanyan ABŞ-ın Qlendeyl şəhərinin keçmiş meri olub. Ermənistanda Diasporla İş üzrə Nazirlik ləğv edildikdən sonra 2019-cu ildə Diaspor məsələləri üzrə komissar vəzifəsi təsis edilib və Sinanyan bu vəzifəyə gətirilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru