Dron Ukraynanın “Su-25” təyyarəsinin düşməni hədəfləməsini lentə alıb - VİDEO

9-06-2022, 11:24           
Dron Ukraynanın “Su-25” təyyarəsinin düşməni hədəfləməsini lentə alıb - VİDEO
Sosial şəbəkələrdə Ukraynaya məxsus “Su-25” hücum təyyarəsinin düşməni necə hədəflədiyini əks etdirən drondan çəkilmiş videogörüntü yayılıb.

Unikal kadrlar “Sağ geri qayıt” (Come Back Alive) Fondunun “Telegram” hesabında nümayiş olunub.

“16-cı Əlahiddə Ordu Aviasiya Briqadasının uşaqları rusiyalıları kələm kimi doğrayırlar. Bizim “Su-25”lərimiz, helikopterlərimiz və kvadrokopterlərimiz ciddi koordinasiyada işləyir və Ukrayna torpaqlarını işğalçılardan təmizləyirlər”, - deyə videoya yazılan başlıqda qeyd edilir.

Bildirilir ki, videogörüntü fondun ukraynalı döyüşçülərə bağışladığı PUA-dan çəkilib.


Mənbə: UNİAN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru