Qəfəsdəki meymun ona əl uzadan şəxsə qorxulu anlar YAŞATDI - VİDEO
9-06-2022, 18:03
İndoneziyada zooparkda baş verən maraqlı, eyni zamanda qorxulu hadisə sosial mediada paylaşım rekordları qırıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, İndoneziyanın Riau əyalətində zooparkda Tina adlı oranqutan qaydanı pozaraq ona yaxınlaşan Həsən Arifiniyə hücum edib.
Ətrafdakılar Arifini qəfəsə doğru çəkmək istəyən oranqutanı sakitləşdirməyə çalışıblar. O, ziyarətçilərin və xidmətçilərin köməyi ilə oranqutanın əlindən xilas olub və uzun müddət özünə gələ bilməyib.
Zoopark qaydalarını pozaraq oranqutanın qəfəsinə yaxınlaşan Arifin sosial media hesabında paylaşdığı video ilə üzr istəyib.