Turistlərin olduğu gölməçədə üzən ilan 10-06-2022, 09:23 ...İnternetdə nəhəng bir ilanın borudan su anbarına necə düşdüyünü göstərən bir video paylaşılıb.Sonradan bunun, Anapada, “Malaya Buxta” sanatoriyasının ərazisində baş verdiyi müəyyənləşib.SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Yeni Kuban” portalı məlumat yayıb.Hadisə şahidləri ilanın yeraltı su borusundan istirahət edənlərin üzdüyü gölməçəyə düşdüyü anı təsadüfən lentə almağa müvəffəq olub.Təbii ki, həmin an üzən insanlar dərhal sahilə çıxdılar və sahil boyu uzun müddət üzən ilana baxan izdiham sahilə toplaşıb.Nəhayət sanatoriyasının işçiləri ilanı torla tutub “Malaya Buxta”nın ərazisindən uzaqlaşdırıblar. Facebook-da paylaş