Tüfənglə 4 nəfəri güllələdi, biri ÖLDÜ

12-06-2022, 18:24           
Tüfənglə 4 nəfəri güllələdi, biri ÖLDÜ
Gürcüstanda əvvəllər müxtəlif cinayətlər törətməkdə təqsirli bilinən 1970-ci il təvəllüdlü şəxs saxlanılıb.

Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, sözügedən şəxs bir neçə nəfəri qəsdən öldürməyə cəhdə görə axtarışda olub.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs bu il mayın 21-də Telavi bələdiyyəsinin Akura kəndində mübahisə zamanı həmkəndliləri 1976-cı il təvəllüdlü və 1986-cı il təvəllüdlü şəxsləri, həmçinin onların anası, 1954-cü il təvəllüdlü qadını və öz övladı, 1993-cü il təvəllüdlü şəxsə tüfənglə atəş açaraq hadisə yerindən qaçıb. Nəticədə 1976-ci il təvəllüdlü şəxs hadisə yerində həlak olub, digərləri isə yaralanıb.

Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxs Rustavi şəhərində saxlanılıb.

Qəsdən adam öldürməyə cəhd faktı əsasında Cinayət Məcəlləsinin 19-109-cu maddəsi ilə istintaq başladılıb. Cinayət törədən 1970-ci il təvəllüdlü şəxsi 16 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru