Müəllim və şagirdləri daşıyan avtobusda yaralıların sayı artıb, ikisinin vəziyyəti ağırdır - VİDEO

13-06-2022, 08:34           
Müəllim və şagirdləri daşıyan avtobusda yaralıların sayı artıb, ikisinin vəziyyəti ağırdır -  VİDEO
Bakı-Şamaxı yolunda paytaxtın 279 saylı tam orta məktəbin müəllim və şagird heyətinin düşdüyü qəza nəticəsində xəsarət alan 11 nəfər Şamaxı Mərkəzi Xəstəxanasına daxil olub.

Bunu “Qafqazinfo”nun sorğusuna cavab olaraq, TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova deyib.

Onun sözlərinə görə, 10 nəfərə ilkin təcili tibb yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb. Vəziyyəti ağır olan 1 nəfər bud-çanaq oynağının sınığı diaqnozu ilə Bakıya göndərilib.

2 nəfər orta ağır vəziyyətdə Qobustan Mərkəzi Xəstəxanasına daxil olub, oradan isə Bakıya göndərilib. Onlardan birinə bazı sümüyü cisminin sınığı, digərinə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozu qoyulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru