Arif Hacılı da etirazlara qoşuldu

13-06-2022, 14:28           
Arif Hacılı da etirazlara qoşuldu
“Xeyli müddətdir ki, COVID-19 Azərbaycanda və bizim regionda ümumi immunitet yarandığı üçün mövsümi xəstəliklərdən birinə çevrilib. Dünya və region ölkələri pandemiya səbəbindən bağladığı quru sərhədlərini çoxdan açıb. Azərbaycan sərhədləri isə açılmır”.

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. Müsavat başqanı bildirib ki, nəticədə əhalimiz miyardlarla dollar vəsait hesabına tikilmiş dəmir, qonşu dövlətlərlə Azərbaycanı birləşdirən beynəlxalq avtomobil yollarından faydalana bilmir:

“Sərhəd rayonları əhalisinin dolanışığına müsbət təsir edən xırda ticarət əlaqələri kəsilib. Qonşu dövlətlərdə, Rusiyada, Türkiyədə, Gürcüstanda yaşayan soydaşlarımız valideynlərinin, ailə üzvlərinin dəfninə, yas mərasiminə gələ bilmir. İndi Azərbaycanda uçaq biletlərinin qiyməti dünyanın əksər ölkələrində olduğundan daha yüksəkdir. Türkiyədən, İrandan, Rusiyadan, Gürcüstandan Azərbaycana gətirilən ərzaq, yüngül sənaye məhsulları, elekrotexnik malların qiyməti adətən olduğundan qat-qat bahadır ki, bu da həmin malların həm satıcısı, həm də alıcısı olan əhalimizə ciddi ziyan vurur”.

Arif Hacılı əlavə edib ki, xalqın dolanışığını təmin etmətli olan iqtidar isə quru sərhədləri açmamaqla "AZAL" və digər avişirkət sahiblərinin, başqa sahələr üzərində azğın monopolistlərin daha da varlanmaq üçün xalqın qanını içmələrinə şərait yaradır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru