İranda GÜCLÜ PARTLAYIŞ: 70-dən çox yaralı var

14-06-2022, 08:14           
İranda GÜCLÜ PARTLAYIŞ:
İranda fabrikdə baş verən partlayış nəticəsində 72 nəfər xəsarət alıb.

Publika.az "Tasnim" agentliyinə istinadla xəbər verir ki, insident Fars əyalətinin cənubunda yerləşən Firuzabad şəhəri yaxınlığında baş verib .

"Bir neçə fabrik işçisi zəhərli qazlardan zəhərlənib", - agentliyin açıqlamasında deyilir.

Partlayışın baş verdiyi müəssisənin natrium karbonat istehsalı ilə məşğul olduğu bildirilir. Məlumata görə, hazırda təcili yardım işçiləri ammiak sızması riskini minimuma endirməyə çalışırlar.

Yaralılar yerli xəstəxanaya göndərilib. Ölənlər barədə məlumat verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru