Uzun saçlarını kəsdirməkdən imtina edən “Taliban” döyüşçüləri müraciət yayıblar - VİDEO

14-06-2022, 09:28           
Uzun saçlarını kəsdirməkdən imtina edən “Taliban” döyüşçüləri müraciət yayıblar - VİDEO
Əfqanıstanda bir qrup “Taliban” döyüşçüsü uzun saçlarını kəsdirməkdən imtina etdiklərinə görə təzyiqlərə məruz qaldıqlarını bildiriblər.

Döyüşçülər videomüraciət vasitəsi ilə iddia ediblər ki, Qadağalar Nazirliyi şəxsi heyətin zahiri görünüşünü səliqəyə salmaq adı altında onlardan saçlarını zorla qısaltmağı tələb edir.

Döyüşçülər saçlarını kəsdirməkdən imtina etdiklərinə görə hərbi rəhbərlik tərəfindən təhqir və təzyiqlərlə üzləşdiklərini vurğulayıblar.

Məlumat üçün qeyd edək ki, Əfqanıstanın aparıcı etnosu olan puştun kişiləri arasında uzun saç saxlamaq və gözə sürmə çəkmək ənənəsi var.

Mənbə: Sputnik Əfqanıstan












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru