Meymunçiçəyinə yeni ad veriləcək 15-06-2022, 08:02 Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyaya yayılan meymunçiçəyi virusunun rəsmi adının dəyişdirilməsi üzərində çalışır.Xəstəliyin hazırki adının ayrı-seçkilik yaratdığı və əsassız yerə meymunlarla bağlandığı iddia edilir.Təşkilatdan bildirilir ki, müxtəlif məməlilərdə rast gəlinən meymunçiçəyinin əsl mənbəyinin məhz hansı heyvan olması məlum deyil.Mənbə: “Haber Global” Facebook-da paylaş