Ukrayna ordusu rusların gözləmədiyi istiqamətdə hücuma keçdi: Kəndlər bir-bir azad edilir

15-06-2022, 11:05           
Ukrayna ordusu rusların gözləmədiyi istiqamətdə hücuma keçdi:
Ukrayna ordusununun əks-hücumundan sonra Xersonda döyüşlər intensivləşib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna mənbələri məlumat yayıb. Bildirilir ki, ukraynalı hərbçilərin irimiqyaslı hücumundan sonra ruslar bölgəyə əlavə qüvvələr cəlb etmək məcburiyyətində qalıblar. Məlumata görə, yerli hərbçilərin əks-hücumları uğurlu alınıb. Ukrayna ordusu Nikolayev və Krivoy Roq istiqamətlərində irəliləyib. Geri çəkilən rusiyalı qüvvələr buna cavab olaraq İnqulets çayını keçməyə çalışırlar.

Qeyd edək ki, Ukrayna ordusu Xersonda bir neçə istiqamətdə hücuma keçib. Bəzi kəndlər azad edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru