İranda ardıcıl 5 güclü zəlzələ oldu 15-06-2022, 12:41 Bu gün İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Çarək limanı ətrafında 5 zəlzələ qeydə alınıb.Bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.Məlumata görə, zəlzələlərin gücü minimum 4,2 bal, maksimum 5,2 bal olub. 5,2 bal gücündəki zəlzələnin dərinliyi 9 km olub.Zəlzələ baş verən məkana İranın Qırmızı Aypara Cəmiyyətinin əməkdaşları cəlb edilib.Dağıntı və insan itkisi haqqında məlumat verilməyib. Facebook-da paylaş