Urmu yenə çəkilir: sahəsi min kv.km azaldı

17-06-2022, 11:18           
Urmu yenə çəkilir: sahəsi min kv.km azaldı
Urmu gölündə suyun səviyyəsi 54 santimetr aşağı düşüb.

Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan Regional Su İdarəsinin başçısı Məcid Dəstgahi məlumat yayıb.

“Keçən ilin eyni dövründə Urmu gölünün sahəsi 3 min 324 kvadrat kilometr olduğu halda, hazırda gölün sahəsi 2 min 396 kvadrat kilometrdir və bununla da bir il müddətində gölün sahəsinin 928 kvadrat kilometr azaldığını söyləmək olar.

2021-ci ilin iyun ayının ortalarında Urmu gölündə 4 milyard 710 milyon kubmetr su olduğu halda, hazırda göldə mövcud olan suyun həcmi 2 milyard 950 milyon kubmetrdir və il ərzində göldə suyun daha 1 milyard 760 milyon kubmetr azaldığı qeydə alınıb”, - məlumatda qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru