Şanxayda neft-kimya zavodunda güclü partlayış baş verib - VİDEO

18-06-2022, 11:14           
Şanxayda neft-kimya zavodunda güclü partlayış baş verib - VİDEO
Çinin şərqində Şanxayda neft-kimya zavodunda partlayış baş verib.

Bu barədə şəhərin yanğınsöndürmə xidməti məlumat yayıb.

Bildirilir ki, hadisə saat 04:00 radələrində (Bakı vaxtı ilə 00:00 - red.) “Sinopec”in Şanxay filialının etilen qlikol istehsalı zavodunun ərazisində baş verib. Ən azı bir nəfər ölüb.

Ekoloqlar zavodun yaxınlığından lazımi nümunələr götürüb və ətraf mühitə heç bir ziyanın olmadığını müəyyən ediblər.

Yerli sakinlər şənbə günü səhər tezdən partlayış səsi eşitdiklərini, sonra isə kəskin qoxu hiss etdiklərini deyirlər. Dərhal hadisə yerinə yanğınsöndürənlər gəlib və bir neçə saat ərzində vəziyyət nəzarətə götürülüb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru