Kiyevin mərkəzində qız üstündə atışma - ANBAAN VİDEO
19-06-2022, 11:27
Kiyevin Şota Rustaveli küçəsində atışma olub.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Ukraynaya məxsus Telegram kanalında yer alıb.
Mənbə yazır ki, hadisə adı çəkilən küçədə yerləşən restoranda baş verib. İki masa ətrafında oturanlar arasında mübahisə başlayıb, nəticədə dava düşüb. Onlardan biri atəş açıb.
Sonra isə mübahisə küçədə davam edib, yenə kimsə atəş açmağa başlayıb. Bu zaman polis yaxınlaşaraq atəş açan şəxsləri saxlayıb.