Ukraynalı həkim 8 hərbçini əsir götürdü - VİDEO

20-06-2022, 11:47           
Ukraynalı həkim 8 hərbçini əsir götürdü - VİDEO
Ukraynada müharibəsində maraqlı hadisə yaşanıb. AzVision.az xəbər verir ki, hərbi həkimlərdən biri cəbhədə səkkiz rus hərbçisini əsir götürüb. Bu qeyri-adi hadisənin təfərrüatlarını Ukrayna Silahlı Qüvvələrinin 95-ci əlahiddə desant-hücum briqadasının zabiti Yuri Koçevenko Twitter-də açıqlayıb.

Qeyd edilir ki, yeni formalar gətirilibmiş və Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri onları qalaqlayıb əraziyə qoyaraq yenidən öz mövqelərinə qayıdıblar. Sonradan həkim özünə bir geyim götürmək üçün həmin əraziyə qayıtmaq qərarına gəlib. O görüb ki, formaların olduğu yerdə səkkiz rus hərbçisi Ukrayna ordusunun geyimində dolaşır.

-O, birini ayağından vurub, qalanları isə təslim olub. Nəticədə həkim səkkiz nəfəri əsir götürdü, - Koçevenko yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru