Ukrayna “Çernomorneftqaz”ın qazma platformalarını vurdu
20-06-2022, 17:51
Ukrayna qoşunları “Çernomorneftqaz” müəssisəsinin Odessa yatağında quraşdırılan 3 qazma platformasına aviazərbələr endirib.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Krımın rəhbəri Sergey Aksenov “Rossiya 24” telekanalının efirində açıqlayıb.
Onun sözlərinə görə, platformalara 3 raket zərbəsi endirilib. Zərbə zamanı qazma qurğularda 109 nəfər olub. O bildirib ki, ilkin məlumata görə, hadisə nəticəsində ölən olmayıb.
Qurğularda olan şəxslərin 21-i təxliyə olunub. Hazırda xilasetmə əməliyyatı davam etdirilir.