Ukrayna ordusu Rusiyanın Bryansk vilayətini atəşə tutdu

20-06-2022, 17:57           
Ukrayna ordusu Rusiyanın Bryansk vilayətini atəşə tutdu
İyunun 20-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının Bryansk vilayətinin kəndlərindən birini atəşə tutub.

Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, bu barədə informasiyanı Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Telegram kanalında yazıb.

“Səhər tezdən Ukrayna Silahlı Qüvvələri Suzemka kəndini atəşə tutub. Atışma nəticəsində bir neçə obyektə ziyan dəyib. Əhaliyə elektrik enerjisinin verilməsi dayandırılıb”, - deyə Boqomaz qeyd edib.

Onun sözlərinə görə, bir nəfər xəsarət alıb.

Qubernator atış nöqtəsinin tez bir zamanda söndürüldüyünü deyib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru