DTX-dən ƏMƏLİYYAT: Bir neçə general SAXLANILDI - ADLAR AÇIQLANIR
20-06-2022, 21:13
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Bakıda keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində həbs edilən şəxslərdən birinin adı məlum olub.
Yenicag.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat verib.
O qeyd edib ki, həbs edilən gömrük generalının İqbal Alıcan oğlu Babayev olduğu bildirilir.
“7 avqust 1964-cü il Yardımlı rayonunda anadan olan gömrük xidməti general-mayoru İqbal Babayev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini idi. Texnika elmləri doktoru, professor olan İqbal Babayev Kiyev Milli İnşaat və Memarlıq Universitetini bitirib”, – deyə vurğulayıb.